35 C
Baku
20 İyul 2025, 12:46
Baş xəbərSosial

Gənc aşbaz, qənnadçı və şirniyyatçılara sertifikatlar verildi- FOTO

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi “aşbaz”, “qənnadçı” və “şirniyyatçı” peşə hazırlıq kurslarının tələbələri üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan mətbəxi” Qrant layihəsinin təqdimatının nəzəri hissəsi keçirilib.

Bugun.tv– yə daxil olan məlumata görə, təqdimatda çıxış edənlər bildiriblər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunan “Qərbi Azərbaycanın şirin inciləri” kitabı 2021-ci ildə Parisdə dünyanın ən yaxşı kitabı seçilib.

Qrant layihənin növbəti mərhələsində “İrəvan xanlığı bölgə mətbəxi” adlı kitab nəşri olunub. Həmin kitab ingilis dilinə də tərcümə olunaraq çap edilib. Nəfis tərtibatda işıq üzü görən kitabda İrəvan mətbəxinə aid müxtəlif təamlar və şirniyyat növləri öz əksini tapıb.

Tədbirdə çıxış edən AMKA-nın prezidenti Tahir Əmiraslanov ölkə prezidentinin rəhbərliyi ilə Qərbi Azərbaycana böyük qayıdışa hazırlıq getdiyini bildirib. Onun sözlərinə görə, “Qarabağa qayıdışda olduğu kimi, bu qayıdışda da öz dədə-baba yurduna yalnız əhalimiz deyil, həm də mədəniyyətimiz və mədəniyyətimizi qoruyan, özündə əks etdirən milli mətbəx də qayıdacaq. Həyata keçirdiyimiz bu layihələr, bu kitablar məhz bu məqsədə xidmət edir”.

Sonra aşpazlıq kurslarının müəllimi Əməkdar Mədəniyyət İşçisi, “İrəvan xanlığı bölgə mətbəxi” kitabının müəlliflərindən biri Oruc Əliyev də tələbələrə İrəvan mətbəxinin zənginliyi barədə məlumat verdi və bu cür tədbirlərin təşkilini təqdirəlayiq hesab etdi: “Qərbi Azərbaycanın şirin inciləri” kitabının ərsəyə gəlməsində rolu olan Elmira Hüseynova və qənnadçı-şirniyyatçı kursların müəllimi Leyla Rəhimli Qərbi Azərbaycan mətbəxinin özəlliklərindən danışıblar.

“Xanədan” etno -restoranında layihənin təcrübə hissəsində isə müdavimlər XIX əsr İrəvan mətbəxinə aid 50-dən çox mətbəx nümunəsi hazırladılar və bu nümunələrin fotolarının çəkilməsində iştirak etdilər.

Müdavimlərə kursu uğurla başa vurduqlarına görə sertifikatlar verildi.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Prezident Administrasiyasına bu işə göstərdikləri diqqətə və AMKA-ya göstərdikləri yüksək etimada görə təşəkkür edildi.

Aynur Camal

Oxşar xəbərlər

Qış ayları mövsümi depressiyaya səbəb olur: Depressiya ilə mübarizə üsulları

Aynur Camal

“Gender müxtəlifliyi” əvəzliklərindən istifadə edən jurnalistlərlə əlaqə saxlanılmayacaq

Aynur Camal

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev: “Unutmayaq ki, yeni növ koronavirus hələ də bizimlədir və hələ də təhlükəlidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu