Baş xəbərMədəniyyət

  Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği davam etdirilir

Bugun.tv xəbər verir ki, “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” adlı layihəyə start vermişdir. Bakı şəhəri, Qəbələ və Şirvan rayonlarında həyata keçiriləcək layihənin 3 ay müddətində icra edilməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirilən dövlət siyasətinə yardımçı olmaq, onların bu istiqamət üzrə maraqlarını daha da artırmaq, gənclər arasında “Milli sərvətimiz, mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin təşkil edilməsi və mükafatlandırılması, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən bəhs edən kitabın nəşr edilməsi, eləcə də bu mövzuda cəmiyyətdə maarifləndirmə işinin aparılmasıdır.

Layihə çərçivəsində “Azərbaycan xalqının milli-mənəvi dəyərləri” adlı kitabın hazırlanması, yeniyetmə və gənclər arasında “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Layihə vasitəsilə milli-mənəvi dəyərlərin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində görüləcək işlər vətəndaşlarımızın, xüsusilə də gənc nəslin qeyd olunan sahəyə maraqlarının artmasını hədəfləyir.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu