14 C
Baku
21 Mart 2026, 15:28
Baş xəbərSosial

“Gənclər Azərbaycanın inkişafında aparıcı qüvvədir”

Gənclər Günü Azərbaycan, Vüqar Bayramov açıqlama, Azərbaycan gəncləri, gənclər siyasəti, gənclərin inkişafı, təhsil və gənclər, dövlət gənclər siyasəti

Bugun.Tv– xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında Gənclər Günü ilə bağlı paylaşım edib.

Deputat qeyd edib ki, Gənclər Günü MDB və Şərqi Avropa məkanında ilk dəfə məhz Azərbaycanda təsis olunub və bu əlamətdar tarix gənclərə xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun imzaladığı fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

Vüqar Bayramov vurğulayıb ki, gənclər ölkə əhalisinin mühüm hissəsini təşkil edir və Azərbaycanın sosial-iqtisadi inkişafında fəal rol oynayırlar. Gənclərin məşğulluq səviyyəsinin yüksəlməsi, təhsilə marağının artması və müxtəlif sahələrdə aktiv iştirakı gələcək inkişaf üçün vacib göstəricidir.

Deputatın sözlərinə görə, gənclər arasında ali və elmi təhsilə maraq artmaqdadır. Xüsusilə fəlsəfə doktoru olmaq istəyən gənclərin sayında yüksəliş müşahidə olunur. Bununla yanaşı, gənclər dövlət idarəçiliyində də təmsil olunurlar və dövlət qulluğunda gənclərin payı ildən-ilə genişlənir.

Paylaşımda həmçinin qeyd olunur ki, Azərbaycan gəncləri xarici ölkələrdə təhsil almağa da maraq göstərir və bu, onların bilik və bacarıqlarının artmasına, gələcəkdə isə ölkənin inkişafına daha böyük töhfə verməsinə imkan yaradır.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, gənclərin potensialından səmərəli istifadə Azərbaycanın dayanıqlı inkişafının əsas şərtlərindən biridir.

Aynur Camal

Oxşar xəbərlər

Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Aynur Camal

Ceyhun Məmmədov: “Fitrə zəkatı 10-15 manat arasında dəyişə bilər”

Aynur Camal

İlham Əliyev Qarabağda Novruz tonqalını alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu