Dünya əhalisinin hər bölgəyə görə qida vərdişləri var. Məsələn, biz süfrələrimizdə yağlı, ətli yeməklər görməyə vərdiş etmişik. Əksini isə, düşünmək belə istəmirik. Amma yeni aparılan tədqiqatlara görə 30 ildən sonra rasionumuzda çox böyük dəyişikliklər olacaq.
Hər birimiz qida rasionumuzu əsrlərdir bizə ötürürlən ənənəvi məhsullarla zənginləşdiririk. Və yaxud onları zamanla dəyişir, yeni növlərlə əvəz edirik. 30 ildən sonra isə menyumuzda çox-çox fərqli bitki növləri görəcəyik. Dünyanın qlobal qıtlıqla üz-üzə qalması iqtisadiyyata ciddi təsir göstərir. Mütəxəssislər yarana biləcək fəlakətin qarşını almaq üçün müxtəlif üsullar axtarır. Buna görə də çox az tanınan bitkilərin siyahısını hazırlayıb, 2050-ci ilə qədər qida rasiyonuna əlavə etməyi düşünürlər
Əcdadlarımız 10 min illər öncə çox az bitki növü yetişdiriblər. Bu, əsasən, buğda və düyü olub. Və bunun kimi digər həyat əhəmiyyətli məhsullar hələ də yetişdirilir və istehlak edilir. Problem isə ondadır ki, əgər bunlardan hansı biri iqlim dəyişikliyinə davam gətirə bilməsə, ciddi təhlükə ilə qarşılaşa bilərik. Buna görə də yediyimiz qidaların cürbəcür çeşidlərdə olması daha etibarlıdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertlərinin dediklərinə görə, qlobal qida ehtiyatının 75%-i 12 bitki və 5 heyvan növündən ibarətdir. Lakin dünyada 20 000-dən çox yeməli bitki növü var. Bunun isə yalnız 7 mini davamlı olaraq istehlak edilir. Məsələn, bananın müxtəlif növləri olduğu halda, cəmi 2 növü yeyilir. Avakado, kakous kimi bitkilərin istehlak edilməsinə isə maraq yoxdur. Mütəxəsislər iddia edir ki, bunun səbəbi dadsız olması deyil.
Mövzu ilə bağlı Bugun.tv-nin araşdırmasını təqdim edirik.
Tədqiqatçı Maribel Soto Gomez deyir ki, paxlalı bitkilərdə yüksək protein var. Buna görə də istehlakı önəmlidir. Yeni növ paxlalı bitkilərin yetişdirilməsi istiqamətində düşünmək lazımdır. Bunun üçün isə öncə tədqiqat aparmalıyıq. Yediyimiz qidaları və onları yetişdirmə üsulumuzu dəyişdirməsək, insanları qidalandırmaq üçün kifayət qədər ehtiyata sahib ola bilməyəcik”.
Yəni gələcəkdə səhərlər kakous yeyib, pandanus ağacının meyvələri ilə qəlyanaltı edə bilərsiniz. Sakit okeanı adalarında yetişdirilən Pandanus ağacının meyvəsindən və yarpaqlarından da istifadə etmək mümkündür. Bundan başqa, mütəxəssislər üçün yabanı bitkilərin yararlı hala gətirilməsi də əsas məsələlərdəndir.