24 C
Baku
28 İyun 2025, 23:37
Baş xəbərSosial

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

“Maliyyə Naziryliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin proqnozlara əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq”.

Bugun.tv xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov facebook hesabında paylaşım edib. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artımın nəzərdə tutulması 2024-cü ildə sosial təminatın daha da güclənəcəyini göstərir.

“Belə ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq. Qeyd edək ki, bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək. Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti yanvardan etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir”, – V.Bayramov bildirib.

Bugün TV

Oxşar xəbərlər

İşsizlik ailələrin dağılmasına səbəb olur – SORĞU – FOTO + VİDEO

Bugün TV

Damdan yıxılan şəxs dünyasını dəyişdi

Bugün TV

Yorğunluq xroniki problemdir, yoxsa… – ARAŞDIRMA

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu