29 C
Baku
28 İyun 2025, 21:40
Baş xəbərSosial

Gələn ildən yeni Metrostansiya istifadəyə veriləcək….

Bugun.tv xəbər verir ki, 2022-ci ilin sonunadək Bakı Metopoliteninin yeni  ” Xocasən” stansiyası istifadəyə veriləcək.

Bu haqda “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, son dövrlərdə Xocasən qəsəbəsində, eləcə də qəsəbəyə yaxın ərazilərdə əhalinin sayının sürətlə artmasını nəzərə alaraq, istismara veriləcək stansiya burada yaşayan əhalinin ictimai nəqliyyata olan tələbatını ödəyəcək:

“Burada qatarların təmiri, texniki baxışı üçün ən vacib olan infrastruktur qurulacaq və bu işlərin tərkib hissəsi olaraq həmin ərazidə “Bakmil” kimi yerüstü stansiyanın inşası nəzərdə tutulub. Həmin işlər sürətlə davam etdirilir. Əgər pandemiya kimi hər hansı qeyri-adi maneələr olmasa, bu stansiyanın gələn ilin sonuna təhvil verilməsi nəzərdə tutulur”.

QSC-nin rəsmisi onu da əlavə edib ki, hər bir stansiya istismara verildikdən sonra həmin ərazidən istifadə edən sərnişinlər hansı ictimai nəqliyyata üstünlük verməyi müəyyən edirlər:

“Hazırda “8 noyabr” stansiyası fəaliyyət göstərir, lakin onun sərnişin kontingentinin hələ tam müəyyən olunduğunu demək olmaz. Çünki stansiya istismara verilsə də, həmin ərazidə yaşayan və işləyən insanlar müəyyən müddət keçdikdən sonra hansı nəqliyyat növündən istifadə edəcəkləri barədə qərar verirlər. Bu günədək istismara verilən bütün stansiyalarda da belə olub. Sərnişin kontingenti təqribən 6 ay ərzində tam formalaşır”.

Oxşar xəbərlər

Alimlər: Enerji içkiləri və spirtdən ibarət kokteyl kokain qədər zərərlidir

İntizar Əmirova

Avstraliya Filippinə 20 pilotsuz təyyarə hədiyyə etdi

Aynur Camal

Soyğunçu yaxalandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu