19 C
Baku
28 İyun 2025, 8:40
Baş xəbər

“Gəlin, əlilliyi olan qadınlarımıza birlikdə dəstək göstərək” – MƏHLUQƏ RƏHİMOVA ÇAĞIRIŞ ETDİ

“Əlilliyi olan qız və qadınlarımız fikir və düşüncələrini sərbəst şəkildə ifadə edə bilmirlər. Onlara kömək lazımdır. Mən hər kəsə səslənirəm, gəlin, əlilliyi olan qadınlarımıza birlikdə dəstək göstərək”.

Bu fikirləri Bugun.tv-yə müsahibəsində “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bildirib. O, əlilliyi olan qız və qadınlarımızın fikir və düşüncələrini ictimaiyyətə çatdıra bilməsi məqsədilə BMT-nin Etimad fondu ilə birlikdə gerçəkləşdirdikləri layihənin 6 aylıq hesabatını açıqlayıb.

“Biz bu gün dövlətin qarşısında hesabat veririk. Layihəmiz 2022-ci ilin sentyabr ayından başlayıb. Bakı, Gəncə, Quba, Xaçmaz rayonlarını əhatə edir. Burada təlimlər, dəyirmi masa, görüşlər və dövlət qurumlarının iştirakı ilə koordinasiya şurası, sosial roliklər, mətbuata çıxış və s. keçirilir. 6 ay müddətində böyük işlər görmüşük. Azərbaycanda əlilliyi olan qız və qadınların, əsasən də, qaçqınlığı olan  qadınların problemlərinin gündəmə gətirilməsi, BMT yanında Azərbaycan həqiqətləri ilə bağlı reallıqların əks olunması, hesabatların verilməsi, təqdimat hazırlanması və dövlət qurumlarına göndərilməsi bizim üçün böyük bir uğurdur. Bu 6 ayda mətbuatın bizimlə olmasına görə, sizlərə, bütün media nümayəndələrinə  təşəkkür edirəm! Məhz siz, əlilliyi olan qadın və qızların problemlərini gündəmə gətirirsiniz. Biz də belə problemlərin həllinə tez bir zamanda nail ola bilmək üçün mobil dəstək yaratmışıq. Hamımız birlikdə, doğurdan da, böyük işlər görürük və görəcəyik”, – birlik sədri vurğulayıb.

Onun sözlərinə görə, həyata keçirdikləri layihənin müddəti 3 ildir və hər ay davamlı şəkildə şəhər və rayonlarda gerçəkləşdirilir.

Müxbir: İntizar Əmirova

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazəsi Azərbaycana gətirildi-VİDEO

Nigar Məmmədova

Bu ölkə WhatsApp-ı cərimələdi

Teymur Əziz

Azərbaycanın İsraildəki diaspor fəalı ravvin Şmuel Simantov Oğuz ictimaiyyəti ilə görüşüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu