5 C
Baku
10 Fevral 2026, 4:49
İdman

“Gəlin ömrümüzü idmanla uzadaq”! – TANINMIŞ İDMANÇI ÇAĞIRIŞ ETDİ

“Son zamanlar nəinki gənclərdə, hətta yaşlılarda da idmana olan maraq artıb”.

Bu fikirləri tanınmış idmançı, nizə atıcılığı üzrə rekordçu Tamilla Bünyadova Bugun.tv-yə müsahibəsində bildirib. O, uşaq yaşlarından idmana maraq göstərdiyini və bu gün də məşğul olduğunu bildirib.

“Mən 12 yaşımdan nizə atıcılığı ilə məşğul oluram. Hələ 16 yaşımda yeniyetmələr arasında rekord qırmışam. 1974-cü ildə isə Azərbaycanda ilk rekortçu mən oldum. Sonra idmandan uzaqlaşdım. Gördüm ki, həyatımda nə isə çatışmır. Yenidən idmana qayıtdım”.

Onun sözlərinə görə, 2011-ci ildə İtaliyada, 2013-cü ildə isə Turində qızıl medal qazanıb. 2014 cü ildə İzmirdə 2-ci yer, 2015-ci ildə isə Fransada qızıl medal sahibi olub.

“2014-cü ildə Macarıstanda dünya birinciliyində bürünc və 2023-cü ildə avropa oyunlarında gümüş medal qazanmışam. Hər yarışa mən arzu edərək getmişəm və həmişə də medallar qazanmışam. Fəxr edirdim ki, yarışlara gedəndə bayrağı öndə mən aparırdım.” – T. Bünyadova bildirib.

Sonda nizə atıcısı yaşlılara, cavanlara və ümumilikdə hər kəsə idmanla məşğul olmağı tövsiyə edib.

Müxbir: İntizar Əmirova, Opertor: Samir Əliyev

Bugün TV

Oxşar xəbərlər

Qlobal istiləşmə 2026 Qış Olimpiya Oyunlarına təsir edir

Aynur Camal

Bu gün Qış Olimpiya Oyunlarının açılış mərasimi Milan San Siroda keçiriləcək

Aynur Camal

Dünya Qlobal Snooker Grand Prix 2026 Hong Konqda başladı: ilk qarşılaşmalar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu