Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində limanda gəmidə baş verən yanğına müdaxilə edən 2 yanğınsöndürən ölüb, 5 yanğınsöndürən yaralanıb.
Bu barədə Nyuark şəhərinin meri Ras Baraka jurnalistlərə açıqlamasında bildirib. “Biz Nevark şəhərində iki nəfəri itirdik. Onlar tərəddüd etmədən canlarını verdilər və yəqin ki, onlar 5000 maşın daşıyan gəmidə yanğınla mübarizə aparacaqlarını düşünmürdülər”.
Keçmiş Cersi yanğınsöndürmə rəisi Steven McGill yaralanan 5 yanğınsöndürənin xəstəxanada müalicə olunduğu barədə məlumat paylaşıb.
Nyuark Yanğın Departamenti ABŞ və Afrika arasında nəqliyyat vasitələri daşıyan İtaliya bayraqlı gəmidəki yanğının dünən gecə yarısı baş verdiyi və səhərə qədər söndürülə bilmədiyini açılayıb.
Mənbə: TRT Haber
