11 C
Baku
15 Aprel 2025, 23:27
Baş xəbərHadisə

Gəmini zorla dayandırmaq üçün silahdan istifadə olundu.

Bugun.tv xəbər verir ki, quru yük gəmisinə xəbərdarlıq atəşi açılıb.

Rusiya Müdafiə Nazirliyi “TRT Haber”ə  Qara dənizdəki Ukrayna limanına doğru hərəkət edən quru yük gəmisinə xəbərdarlıq atəşi açıldığını açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, Rusiyanın “Vasiliy Bikov” patrul gəmisi Qara dənizin cənub-qərbində Palau bayraqlı “Şükrü Okan” quru yük gəmisini aşkar edib.

Gəminin Ukraynanın İzmail limanına doğru hərəkət etdiyinə dair məlumatların yer aldığı açıqlamada, “Quru yük gəmisinin kapitanı qadağan olunmuş yüklərin daşınması üçün yoxlamanın dayandırılması tələbinə cavab vermədi. Rusiya hərbi gəmisi gəmini zorla dayandırmaq üçün avtomatik kiçik silahla xəbərdarlıq atəşi açıb”.

Açıqlamada, Rusiya əsgərlərini daşıyan “Ka-29” tipli helikopterin gəminin yoxlanılması üçün havaya qalxdığı qeyd edilib və “Radio danışıqlarından sonra gəmi dayanıb və yoxlama qrupu quru yük gəmisinə minib. Yoxlama qrupunun işləri tamamlandıqdan sonra Şükrü Okan gəmisi İzmail limanına doğru yoluna davam edib”. Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi açıqlamada Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyi bildirilib.

 

Müxbir: İntizar Əmirova

 

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri beynəlxalq təlimlərdə iştirak edir (FOTO)

Bugün TV

İsrail ordusu Qəzzada torpaq işğalını genişləndirir

Aynur Camal

UNICEF-in Haiti hesabatı: 1,2 milyon uşaq silahlı zorakılıq təhlükəsi altında yaşayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu