10 C
Baku
18 Aprel 2025, 3:59
Baş xəbərSosial

Gəncədə əlilliyi olan qadın və qızların problemləri ilə bağlı dəyirmi masa təşkil olunub

Bugun.tv xəbər verir ki, Gəncə şəhərində BMT-nin Etimad Fondunun maliyyələşdirdiyi “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsi çərçivəsində beşinci dəyirmi masa təşkil olunub. Əlilliyi olan qadınlara qarşı zorakılığa son qoymaq ideyası ilə gündəmdə olan “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin layihə üzrə əməkdaşları tərəfindən hazırlanmış fəaliyyət proqramı mahiyyəti ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara qarşı münasibətin dəyişdirilməsinə və onların qarşılaşdıqları problemlərin qarşısının alınmasına köməklik göstərməkdir.QHT sədri Məhluqə Rəhimova Bu gün tv-yə müsahibəsində bildirib ki, “Dəyirmi masa”nın davamlı şəkildə həyata keçirilməsində qarşıya qoyulan məqsəd ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibətin dəyişdirilməsi üçün əldə olunan yeniliklərin müzakirəsinə, dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsidir. Onun sözlərinə görə, regionda ölkənin ən böyük şəhəri Gəncədə dəyirmi masa iştirakçıları olan müxtəlif dövlət, qeyri-hökumət, biznes qurumlarının iştirakı ilə maraqlı müzakirələr zamanı əlilliyi olan qadınıların qarşılaşdıqları bir çox problemlərin həlli yolları tapılıb.

“Dəyirmi masada iştirak edən əlil qadınlar və qızların özlərinin etiraflarından bəlli olduğu kimi, onlar öz hüquqlarından az xəbərdardar olduqlarından davamlı olaraq problemlərlə üzləşirlər. Bu səbəbdən də üzləşdikləri problemləri həll edə bilmirlər. Layihəmizin əsasını onların həyatlarında inkişaf etdirmələri üçün dəstək sistemi təşkil edir. Gündəmə gətirilən təkliflər cəmiyyətdə qarşıya qoyduğumuz əsas məqsədimiz kimi, aztəminatlı ailələrdən olan əlil qadın və qızlar, o, cümlədən məcburi köçkün ailələri üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaq üçün davamlı fəaliyyətin artırılması daim gündəmdə olmalıdır. Buna ciddi ehtiyac var. Layihə çərçivəsində müəyyən mərhələlərdə sağlamlıq imkanları məhdud qadın və qızların üzləşdiyi problemlərin ictimailəşdirilməsi istiqamətində işlər aparılır” – deyə, Məhluqə Rəhimova bildirib.

Layihənin əsas benefisiarları olan sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadəsinin asanlaşdırılması üçün koordinasiya şurasının məqsədinin müəyyən edilməsi, əlaqələndirilməsi və birgə fəaliyyətlərinin həyata keçirilməsi haqqında dəyirmi masa iştirakçılarına bir daha məlumat verilib.Bu kateqoriyadan olan insanların cəmiyyətdə qarşılaşdıqları problemlərin öyrənilməsi və təhlili, onların həlli yollarının tapılması, qarşılaşdıqları subyektiv səbəblərin aradan qaldırılması məqsədilə tədris xəttinin ardıcıl şəkildə aparılması təmin edilir.

Layihənin əsas istiqamətlərindən biri sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif növ əlilliyi olan və ünsiyyətdə çətinlik çəkən qadın və qızlarla peşəkar etik ünsiyyət, o cümlədən kommunikativ bacarıqların öyrədilməsidir. Onlara xidmət etmək üçün bilik və bacarıqların inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olaraq gündəmə gətirilib. Layihə Bakı, Gəncə şəhərlərini və Quba, Qusar və Xaçmaz bölgələrində həyata keçirilən dəyirmi masalar zamanı həllini tapan məsələlər getdikcə artmaqdadır.

Qeyd edək ki, dəyirmi masada 35 nəfər iştirak edib.

 

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

115 məhbus üçün amnistiya elan edildi

Nigar Məmmədova

Evdə peçenye ilə hazırlanan ən asan desert resepti! İftardan sonra çaya gedir

Aynur Camal

“İnsan Resursları və İdarəetmə Forumu” keçirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu