18 C
Baku
28 Oktyabr 2025, 3:05
Kriminal

Gəncədə avtoxuliqanlıq edərək qəza törədən şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPŞ) əməkdaşları sürət həddini aşan. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan. Avtoxuliqanlıq edən sürücüləri saxlayıb.
DİN-nin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat verib. 2 nəfər şəhər sakini özlərinə məxsus “VAZ” markalı avtomobil ilə şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıb. Barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Bundan başqa YPŞ əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində “Opel” və “VAZ” markalı avtomobillərin sürücülərinin toy karvanına qoşularaq yollarda intizamsızlıq edib. Yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları. Digər hərəkət iştirakçılarına təhlükə yaratmaları məlum olub. Həmin sürücülər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Çobanlıq fəaliyyəti ilə məşğul olan şəxs qətlə yetirildi

Aynur Camal

Çətənə kolları yetişdirən rayon sakini saxlanılıb

Aynur Camal

Cinayət təşkilatının 7 vilayətdə əməliyyatı oldu: 22 nəfər həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu