16 C
Baku
22 Aprel 2025, 10:31
Baş xəbərKriminal

Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “Mercedes” və “Chevrolet” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb.

Sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib və fakt öz təsdiqini tapıb. Fuad Məmmədov və Roman Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Bundan başqa monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qapı emal edən fabrikində yanğın oldu

Bugün TV

Donald Tramp öz yerinə oturmazdan əvvəl qonşusunu qəzəbləndirdi!

Aynur Camal

Aydın xan Əbilov: “Onlar dünyadan köçsələr də, yaradıcılıqları, bu ölkə, xalq üçün etdiklər əbədi qalacaq”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu