4 C
Baku
27 Yanvar 2026, 7:17
Baş xəbərDigər

Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verildi

Bugun.tv xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdim etmə şəxsi məsuliyyətdən azad edir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində 26 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər. Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq, Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır. Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-profilaktiki tədbirlər nəticəsində qanunla ələdə edilib salxlanılması qadağan olan və müvafiq icazə sənədləri olmayan ümumilikdə 150 ədəd silah aşkarlanaraq götürülüb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu