Bugun.tv xəbər verir ki, Böyük Britaniya, Avropa, ABŞ və Avstraliyada 15-24 yaşlı gənclərə əsaslanan Dünya Xoşbəxtlik Hesabatı gənclərin getdikcə daha çox bədbəxt olduğunu ortaya qoyub.
ABŞ-da yerləşən Gallup konsaltinq şirkəti, Oksford Universitetinin Sağlamlıq Araşdırma Mərkəzi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Həlləri Şəbəkəsinin dərc etdiyi Dünya Xoşbəxtlik Hesabatında gənclərin gündən-günə neqativə kökləndiyi, xoşbəxt olmadıqları bildirilib.
Məlumata görə, gənclər gündən-günə bədbəxt valideynlərinə bənzəyirlər. Universitetləri akademik təminat kimi görə bilmirlər, bakalavr təhsili olmayanların isə ağlına gələni edəcəklərini düşünürlər. Daha çox çətinliklərlə üzləşirlər.
Hesabatda ən xoşbəxt gənclərin Finlandiya, ikinci yerdə Danimarka olduğu bildirilib. Gənclərin xoşbəxt olduğu ilk 10 ölkə Skandinaviya ölkələri Finlandiya, Danimarka, İslandiya, Norveç və İsveç olub.
