4 C
Baku
14 Dekabr 2025, 21:37
Dünya

Gəzməyə çıxanlar xəzinə tapdılar

Çexiyada iki səyahətçinin qayalı yamacda tapdığı qutuda qızıl bilərzik, sikkələr və köhnə əşyalar olub.

Çexiyanın şərqindəki Krkonose dağlarında iki səyahətçi qayalıq yamacda alüminium qutu tapıb.

Qutunun içində qızıl bilərziklər, siqar qutuları, makiyaj güzgüləri və yüzlərlə köhnə sikkələr var idi.

Səyahətçilər qutunu Şərqi Bohemiya Muzeyinə çatdırıblar. Bildirilib ki, ekspertlər əşyaların həm tarixçəsini, həm də kim və nə üçün gizlədilə biləcəyini araşdırır.

TAPANILAN SİKKƏLƏR ÇEXİYAYA AİD DEYİL

Muzeyin Arxeologiya şöbəsinin müdiri Miroslav Novak bildirib ki, qutudan tapılan pullar Çexiyaya aid deyil. Bu, xəzinənin yerli deyil, beynəlxalq tarixə malik olması ehtimalını artırır.

Ən yeni sikkənin 1921-ci ilə aid olması tədqiqatçıları təəccübləndirib.

Kolleksiyanın İkinci Dünya Müharibəsindən əvvəl bölgədən qaçan yəhudi və ya çex vətəndaşlarına aid ola biləcəyi düşünülür.

Digər ehtimal isə 1945-ci ildə alman köçü zamanı gizlədildiyidir…

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstan hökumətindən Fələstini tanıması tələb olunub

Aynur Camal

Alimlər şəkərli içkilərin zərərini hesabladı və bunun dağıdıcı olduğu ortaya çıxdı

Aynur Camal

Kilsədə ruhları axtaran qadın ölü tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu