10 C
Baku
12 Dekabr 2024, 5:48
Baş xəbərDünya

G7 liderləri qlobal ərzaq təhlükəsizliyi böhranına qarşı əməkdaşlıq mesajı verdi

G7 Vaşinqton görüşü

Bugun.tv xəbər verir ki, G7 liderləri dünyada aclıq riskini və pisləşən qlobal ərzaq təhlükəsizliyi böhranını həll etmək üçün birgə işləməyin vacibliyini vurğuladılar.

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlərinin Sammiti davam edir. G7 liderləri sammit çərçivəsində “Qlobal Qida Təhlükəsizliyi Qlobal Müqavimət üzrə Fəaliyyət Bəyannaməsi”ni açıqlayıblar.

COVID-19, Rusiya-Ukrayna müharibəsi, dəyişən enerji və gübrə qiymətlərinin qlobal ərzaq təhlükəsizliyini təhdid etdiyi ifadə edilən açıqlamada, 2021-ci ildə dünyada 828 milyona yaxın insanın aclıqla üzləşdiyi bildirilib.

Qıtlıq riskinə diqqət çəkən açıqlamada, getdikcə pisləşən qlobal qida təhlükəsizliyi böhranına qarşı birgə çalışmağın vacibliyi qeyd edilib.

Bəyanatda tərəflər Qara Dəniz Taxıl Təşəbbüsünün maksimum potensialında düzgün işləməsini təmin etməyə çağırılıb.

Əlverişli, təhlükəsiz və qidalı qidaya çıxışın əsas ehtiyac olduğunu vurğulayan bəyannamədə bazarlarda proqnozlaşdırıla bilənliyi artıraraq davamlı sistemlərin yaradılmasının vacibliyi vurğulanıb.

“Bizim ümumi məqsədimiz hər bir insan üçün daha yaxşı gələcək qurmaq, xüsusilə də hamı üçün davamlı qlobal ərzaq təhlükəsizliyini və qidalanmanı təmin etməkdir”, – bəyanatda deyilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Gimnastlarımız beynəlxalq turniri üç medalla başa vurdular

Aynur Camal

“YAŞAT” Fondu 8 yaşlı şagirdə təşəkkürnamə təqdim edib

Aynur Camal

BMT: Qəzza zolağında yardımın paylanması demək olar ki, mümkün deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu