Bugun.tv xəbər verir ki, Yaponiyada toplaşan G7 liderləri “nüvə silahı olmayan dünya”ya çağırıb və Rusiya, İran, Çin və Şimali Koreyadan nüvə gərginliyini azaltmağı xahiş ediblər.
Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Zirvə toplantısının ilk günündə liderlər “Nüvə tərksilahına dair Xirosimanın baxışı” adlı bəyanat yayıblar.
Açıqlamada görüşün 1945-ci ildə atom bombasının atıldığı Xirosimada keçirildiyi vurğulanaraq, belə bir sənədin burada dərc olunmasının vacibliyinə işarə edilib.
Dünyada 77 ildir nüvə silahından istifadə edilməməsinin vacibliyi vurğulanan bəyanatda, “Rusiyanın silahlara nəzarət rejimini və Belarusda nüvə silahı yerləşdirmək niyyətini sarsıdan məsuliyyətsiz nüvə ritorikası təhlükəli və qəbuledilməzdir”- ifadələrindən istifadə edilmişdir.
Bəyanatda Rusiyanı nüvə tərksilahına dair beynəlxalq öhdəliklərini saxlamağa çağırılıb və əlavə edilib ki, “soyuq müharibənin bitməsindən sonra qlobal nüvə arsenallarında ümumi azalma davam etdirilməli və geri çəkilməməlidir”.
Bəyanatda Rusiyadan Yeni START Sazişinə qayıtmaq tələb olunur: “Nüvə silahı olmayan dünya nüvəsizləşmədən əldə edilə bilməz”.
Bəyanat Rusiya, İran, Çin və Şimali Koreyanı nüvə gərginliyini azaltmağa çağırıb:
“Biz qətiyyətliyik ki, heç bir ölkə heç bir nüvə silahı sınağı keçirməməli və ya növbəti nüvə partlayışı etməməlidir, buna qarşı hər hansı təhdidi pisləyirik və Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (CTBT) qüvvəyə minməsinin təcili məsələ olduğunu bir daha bəyan edirik”.
Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi G7 sammitində ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.
Sammitə Avropa İttifaqı, İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya, Braziliya, Vyetnam liderləri və beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunub.
G7 Sammiti mayın 21-də yekunlaşacaq.
Mənbə: TRThaber