DünyaSiyasət

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Bugun.tv-yə daxil olan məlumata əsasən, “Böyük Yeddilik” (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya indiyədək ümumilikdə 45,5 milyard dollar maliyyə dəstəyi göstərib.

Məlumata görə, G7 ölkələri 2024-cü ildə Kiyevə təxminən 50 milyard dollarlıq kredit paketi ayırmaq barədə razılığa gəlib. Vəsaitlər Qərb ölkələrində dondurulmuş Rusiya dövlət ehtiyatlarından əldə edilən gəlirlər hesabına təmin olunur.

Cari ilin əvvəlindən Ukraynaya bu mexanizm çərçivəsində əlavə 6,6 milyard dollar kredit ayrıldığı bildirilir. ABŞ ötən il proqram çərçivəsində 1 milyard dollar köçürsə də, sonrakı dövrdə yeni ödəniş həyata keçirməyib. Digər G7 üzvləri isə 2025-ci ildə 37,9 milyard, 2026-cı ildə isə 6,6 milyard dollar vəsait ayırıblar.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bu vəsaitlərin istifadəsini “qarət” adlandıraraq, belə addımların beynəlxalq maliyyə sisteminə mənfi təsir göstərə biləcəyini bildirib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

ABŞ Senatı Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni qəbul etdi

Aynur Camal

Ankara NATO sammitindən əvvəl Makron üçün qaçış marşrutu axtarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu