6 C
Baku
21 Dekabr 2025, 9:28
Dünya

G7 ülkeleri, Ukrayna ve Orta Doğu gündemiyle toplandı

G7 ölkələri Ukrayna və Yaxın Şərq gündəmi ilə görüşüb.

İtaliya, Yaponiya, ABŞ, İngiltərə, Kanada, Fransa və Almaniyadan ibarət G7 ölkələrinin liderləri İtaliyanın cənubundakı Puglia bölgəsindəki Itria vadisində yerləşən Borgo Egnazia otelində toplaşıb.

İtaliyanın ev sahibliyi ilə 13-15 iyun tarixlərində keçirilən G7 Liderlər Zirvəsi öz işinə başlayıb.

İtaliyanın baş naziri Giorgia Meloni, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Kanadanın baş naziri Castin Trüdo, Yaponiyanın baş naziri Fumiyo Kişida və Böyük Britaniyanın baş naziri Rişi Sunak İtria vadisindəki Borgo Egnazia otelində toplaşıblar.

İclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel də iştirak edir.

G7 proqramında bu gün Afrika, İqlim Dəyişikliyi və İnkişaf, Yaxın Şərq və Ukrayna sessiyalarında fikir mübadiləsi aparılacaq.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Putin: Son hücumlardan sonra Ukrayna ilə sammit və atəşkəs mümkün deyil

Aynur Camal

Zəfər seçkisi və 22 ilin iqtisadi nəticələri: Azərbaycan yeni dövrə güclü start verir

Aynur Camal

Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüşəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu