9 C
Baku
18 Fevral 2026, 12:02
Baş xəbərDünya

“G7 Zirvə toplantısı ona qadağa qoyulmalıdır”

Kanadada müxalif Yeni Demokratiya Partiyasının (NDP) lideri Caqmet Sinq ABŞ prezidenti Donald Trampın G7 sammitində iştirakının qarşısını almağa çağırıb. “Bizim demokratiya və suverenliyimizi təhdid edən birini niyə dəvət edək?” deyib.

Kanadada müxalif Yeni Demokratiya Partiyasının (NDP) lideri Jagmeet Singh, ölkəsinin bu il qəbul etdiyi G7 Zirvəsi müddətinə sədrliyi ilə bağlı qiymətləndirmələr etdi.

Sinq “demokratiya, suverenlik və qlobal sabitliyə qarşı təhdidləri” əsas gətirərək Trampın G7 Sammitində iştirakına qadağa qoyulmasını tələb edib.

 “Bizim demokratiya və suverenliyimizi təhdid edən birini niyə dəvət edək?” dedi.

Trampın hərəkətləri və siyasətlərinin beynəlxalq təşkilatlara zərər verdiyini qeyd edən Sinq, G7 Sammitinin “Trampın dünya üçün təhdidlərinə qarşı müttəfiqlərlə birgə işləmək imkanı” olduğunu qeyd edib.

ABŞ prezidenti Tramp fevralın 14-də verdiyi bəyanatda bildirib ki, Rusiya Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-dan ibarət G7-yə yenidən qəbul edilməlidir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov Ramazan ayının hikmət və fəzilətlərindən danışdı

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu