27 C
Baku
10 İyun 2025, 12:10
Baş xəbərDünya

Gecə yuxusu almayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur

Gecələr yatmayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı tədqiqat aparılıb.

Tədqiqata görə, gecə yuxusu almayan insanlarda damar tıxanması riski erkən oyananlara nisbətən iki dəfə çox olur. Araşdırma çərçivəsində yaşları 50-64 arasında olan 771 nəfərin məlumatları təhlil edilib. Damarlarında sərtləşmə və tıxanmadan əziyyət çəkən bu insanların 41 faizi gecə yatmayan insanlar, 22 faizi isə erkən qalxanlardır.

Qan damarlarında yağ yığılması nəticəsində yaranan sərtləşmiş arteriyalar, yüksək təzyiq və xolesterolu olan yaşlı insanlarda daha çox rast gəlinir, infarkt və insult riskini artırır. Gecə yatmamaq yuxu rejiminin pozulmasına səbəb olur. Gecə saatının bu uyğunsuzluğu yüksək qan təzyiqi və iltihabla əlaqələndirilir.

İntizar Əmirova

Oxşar xəbərlər

Səkkiz vilayətdə narkotik tacirlərinə qarşı əməliyyat oldu: 42 nəfər saxlanıldı

Bugün TV

Sərnişinin təhdidedici davranışına görə təyyarə hava limanına geri qayıtdı

Bugün TV

İnsanlar niyə daha çox spirtli içki qəbul etməyə başladı?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu