Baş xəbərDünya

Gecə boyu dinc əhali bombalandı: 23 şəhid, 31 yaralı

Sionist işğalçı rejimin Livanın cənub və şərqində həyata keçirdiyi hücumlarda azı 23 nəfər şəhid olub, 31 nəfər isə yaralanıb.

İşğalçı rejim Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də hücumlarını davam etdirir.

Qatil rejimin döyüş təyyarələrinin ölkənin cənubunda müxtəlif nöqtələrə təşkil etdiyi hücumlarda 18 nəfər şəhid olub, ən azı 15 nəfər yaralanıb.

İşğalçıların Livanın şərqindəki Bekaa vilayətinin Zahle rayonunda həyata keçirdiyi hava hücumunda 3-ü uşaq olmaqla 5 nəfər şəhid olub, 16 nəfər yaralanıb.

Livan Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada sionist rejimin Livanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda indiyədək 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 2350 nəfərin şəhid olduğu bildirilib.

Açıqlamada, hücumlarda 10 min 906 nəfərin yaralandığı bildirilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Tehranın bəzi infrastruktur obyektlərini qəsdən hədəfə almadıq

Aynur Camal

Fransa nüvə arsenalını artırmağı planlaşdırır

Aynur Camal

Şimali Koreya İranın yeni ali rəhbərini dəstəklədiyini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu