İsrailin gecə boyu Qəzza zolağının müxtəlif bölgələrinə etdiyi hücumlarda çoxlu fələstinli ölüb və yaralanıb.
Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin cənubundakı 8-ci küçəni və Sabra məhəlləsini bombalayıb. Şəhərdə Əbu İydə qovşağının bombalanması nəticəsində əkinçilik sahəsində yanğın baş verib.
İsrail ordusu Qəzza zolağının mərkəzi hissələrində Nusayrat Qaçqınlar Düşərgəsinin “Ərd əl-Müfti” bölgəsində “Səad” ailəsinə məxsus evi hədəfə alıb.
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində “əl-Ağa” ailəsinə məxsus evi bombalaması nəticəsində bir fələstinli qadın ölüb, çoxlu sayda insan yaralanıb.
İsrail döyüş təyyarələrinin Xan Yunisin şərqindəki Maan bölgəsində “Əbu Cəzər” ailəsinə məxsus evi hədəf alması nəticəsində 7 fələstinli yaralanıb.
İsrail ordusunun artilleriya bölmələri Qəzzanın şimalını və Nusayrat düşərgəsinin şimal hissələrini, həmçinin Qəzzanın cənubundakı Rəfahın qərbini və Xan Yunisin şərqindəki Absan əl-Kəbirəni hədəf alıb.
İsrail ordusunun Qəzza şəhərində “Əbu Haşim” ailəsinə məxsus evi hədəf alması nəticəsində 4 fələstinlinin öldüyü, 12 nəfərin yaralandığı açıqlanıb.
İsrail ordusunun Qəzzanın Zeytun rayonunda “əs-Səvafiri” ailəsinə məxsus evi hədəf alması nəticəsində bir qız ölüb, 4 nəfər yaralanıb.
İsrailin hücumlarında ümumilikdə 39 min 480 fələstinli həyatını itirib
İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 314-ü uşaq və 10 min 980-i qadın olmaqla 39 min 480 fələstinli həyatını itirib, 91 min 128 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə: TrtHaber