Soyqırım törədən İsrail döyüş təyyarələri ilə Qəzzaya növbəti dəfə də ölüm sovurdu.
Əl-Dərəc məhəlləsindəki bir ev hədəf alınarkən, dəhşətli hücumda əksəriyyəti qadın və uşaq olmaqla ən azı 9 nəfər həyatını itirib. Çoxlu yaralı var. Dünyanın gözünə baxarkən Fələstin torpaqlarında dəhşətli soyqırım əməliyyatını davam etdirən İsrail Qəzzada dinc insanları növbəti dəfə hədəfə alıb və qətliam edib. Döyüş təyyarələri ilə şəhərdə bir evi hədəfə alan qırğın ordusu çoxu uşaq və qadın olmaqla daha 9 nəfərin həyatına son qoyub.
Hücumla bağlı açıqlama Fələstin Mülki Müdafiə Təşkilatından verilib. Açıqlamada Qəzzanın Əl-Dərəc məhəlləsində yaşayan Həməda ailəsinə məxsus evə hava hücumu təşkil edildiyi və ən azı 9 nəfərin öldüyü bildirilib. Ölənlər arasında uşaq və qadınların olduğu, çoxlu sayda yaralının olduğu da bildirilib. 9 nəfərin cəsədinin və yaralının Qəzza zolağındakı Baptist Xəstəxanasına aparıldığı bildirilərkən, hücumun səbəbi ilə bağlı İsraildən açıqlama verilməyib.
Bu hücumdan bir qədər əvvəl İsrail, Qəzzanın qərbindəki Şati Qaçqınlar Düşərgəsində köçkünlərin sığındığı Şuheybar məktəbini vurdu. Hücum zamanı qadın və uşaqlar da daxil olmaqla azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.
Mənbə: TGRT