10 C
Baku
17 Fevral 2026, 9:29
Baş xəbərKriminal

Gecə saatlarında bir qrup yeniyetmə dayaq-qurğuları zədələyib

Bugun.tv xəbər verir ki, Bakıda ötən gecə bir qrup yeniyetmə yolun kənarında quraşdırılmış dayaqları (avtomobilin keçidini açılan və qaldırıcı konstruksiyaların köməyi ilə bağlamaq üçün nəzərdə tutulmuş qurğu – red.) zədələyib.

Bu barədə məlumat Vaku.ws qaynar xəttinə daxil olub.

Yerli sakinlərin verdiyi məlumata görə, Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 92-96 ünvanında yeniyetmələr 60-dan çox dayağın üzlüklərini qoparıblar.

Hadisəni şərh edən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Vaku.ws-ə bildirib ki, video ilə bağlı araşdırmalara başlanılıb: “Hadisəni törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə mətbuat katibi bildirib.

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu