15 C
Baku
1 Aprel 2026, 13:49
Dünya

Geert Wilders: Türkiyə NATO-dan çıxarılmalıdır

Türklərin və İslamın düşməni olan hollandiyalı siyasətçi Geert Wilders prezident Ərdoğanın sözlərindən sonra Türkiyənin NATO-dan çıxarılmasını tələb edib.

İsrail Qəzzada qeyri-insani qırğınlarını davam etdirərkən, məzlumların axan qanını dayandırmaq üçün ən çox səy göstərən ölkə kimi Türkiyə önə çıxır.

Prezident Rəcəb Tayyib Ərdoğan da hər fürsətdə soyqırımı sərt ifadələrlə tənqid edir.

Bu kontekstdə Ərdoğanın Rizedəki açıqlaması: “Qarabağ və Liviyaya girdiyimiz kimi onlara da eyni şeyi edəcəyik”. Onun bəyanatının beynəlxalq aləmdə əks-sədası davam edir.Bu bəyanatdan sonra Avropadakı sionist lobbisinin təsiri altında olan israilli idarəçilər və siyasi xadimlər Türkiyə və prezident Ərdoğanı hədəf alan bəyanatlar verməyə başladılar.

Onlardan biri də hollandiyalı ifrat sağçı və Türkiyəyə nifrət edən siyasətçi Geert Wildersdir…

Vilders X hesabından İsrailin “The Jerusalem Post” qəzetinin yazısından sitat gətirərək prezident Ərdoğanı təhqir edib.Türkiyənin İsraili işğalla hədələdiyini deyən Vilders onun NATO-dan çıxarılmasını tələb edib.

Wilders, “İslamofaşist Ərdoğan İsraili işğal etməklə hədələyir. Bu adam tamamilə çılğındır. “Türkiyə NATO-dan çıxarılmalıdır” deyib.

Mənbə: EnSonHaber

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu