10 C
Baku
16 Aprel 2025, 12:26
Sosial

Gender portalı fəaliyyətə başlayacaq

Bugun.tv xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 30 noyabr 2022-ci il tarixində saat 11:00-da Pullman Baku otelinin “Qəbələ” zalında “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçiriləcək.

Gender məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək onların şəbəkələşməsini təmin etmək məqsədilə yaradılan portal, eyni zamanda gender bərabərliyi sahəsində fəaliyyətin daha şəffaf prinsiplərə əsasən həyata keçirilməsini təşkil edir.

Qeyd edək ki, gender portalında ümumilikdə gender bərabərliyi sahəsində qanunvericilik, maarifləndirmə, institusional mexanizmlər, araşdırmalar və digər məlumatlar yerləşdiriləcək.
Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Telegram proqramı qadağan edildi

Nigar Məmmədova

İnsan alveri probleminin qarşısını almaq niyə mümkün deyil?

Bugün TV

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu