10 C
Baku
22 Dekabr 2024, 19:54
Baş xəbərSosial

General-polkovnik Salyanda vətəndaş qəbulu keçirdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Salyan Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Salyan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan, Şirvan şəhər və rayonlarından qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

19-u Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 72 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Aynur Camal

Oxşar xəbərlər

Prezident Ərdoğan həyat yoldaşı ilə birlikdə Toggla gəzintiyə çıxdı

Teymur Əziz

Yüngül ticari avtomobillə minik avtomobili toqquşdu: 2 nəfər öldü, 5 nəfər yaralandı

Bugün TV

Sosial müavinətlər ehtiyacları ödəmir – TANINMIŞ SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu