Baş xəbərHadisəKriminal

Generator oğruları ilə silah saxlayan şəxslər saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinə Aztelekom İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində oğurluq hadisəsi baş verib. Belə ki, kənddə yerləşən inzibati binasından bir ədəd elektrik generatorunun oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyatlar zamanı qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar.

İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Onlar qabaqcadan əlbir olaraq inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində generatorun satıldığı ünvan da müəyyən edilib və maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən digər bir əməliyyat tədbirləri keçirilib. Tədbirlər zamanı isə rayon ərazisində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən iki nəfər – əvvəllər də məhkumluq həyatı yaşayan Mirqadir Həşimov və Pərviz Quliyev saxlanılıb. Hər iki şəxsdən narkotik vasitə olan heroin, eləcə də lüləsi və qundağı kəsilmiş və atəşə yararlı odlu silahlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, polis əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı 7 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri də götürərək barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Aşkarlanan bütün faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Volkswagen bir neçə məhkəmə ilə üzləşdi

Bugün TV

Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur

Nigar Məmmədova

Motosiklet qəzası oldu: 1 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu