23 C
Baku
9 İyun 2025, 22:05
Digər

Georgi Muradov: “Krım hakimiyyəti Belarusla əməkdaşlığı genişləndirməyə çalışır”

“Krım hakimiyyəti Belarusla əməkdaşlığı genişləndirməyə çalışır. Prezident Aleksandr Lukaşenko Krım Respublikası və Sevastopol şəhərinin Rusiyanın təsis qurumları olduğunu göstərən Rusiya Konstitusiyasını tanıdığını bildirib. Ən əsası odur ki, biz Belarusla əməkdaşlığı genişləndiririk. Qeyd etmək istərdim ki, ötən gün Belarusun Vitebsk vilayəti ilə saziş imzalanıb”.

Bugun.tv xəbər verir ki, bunu Rusiya prezidentinin daimi nümayəndəsi Georgi Muradov TASS-a müsahibəsində deyib.

O, bildirib ki, Krım Belarusun ev sahibliyi ilə keçirilən beynəlxalq  və çoxsaylı birgə mədəni tədbirlərdə iştirak edir.

“Başqa sözlə, Belarusla əlaqələrimiz baxımından heç bir maneə yoxdur və hər şey yaxşı gedir”, – Muradov əlavə edib.

Onun sözlərinə görə, Krım hakimiyyəti ölkənin dəniz nəqliyyatı səylərinə kömək etməklə, Belarusla əməkdaşlığı genişləndirməyi planlaşdırır.

“Onlar ildə on milyon metrik tondan çox gübrə ixrac edirlər. Lakin onların dənizə çıxışı lazımdır. Eyni şey neft məhsulları, taxta-şalban, avadanlıq və digər mallara da aiddir. Krım kömək etməyə hazırdır”, – Muradov bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Nahid Bağırov: ” İsmayıllıda aparılan bərpa-quruculuq işləri diqqət mərkəzindədir “

Şükufə Ramizqızı

Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar keçirilir

Kəmalə Sultan

Tailand hərbçiləri batmaq təhlükəsi ilə üzləşən qayıqdan 73 nəfəri xilas edib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu