29 C
Baku
9 İyun 2025, 11:18
Mədəniyyət

“Geri Dönənlər” artıq Park Cinema-da!

Fariz Əliyevin yeni filmi “Geri Dönənlər” 28 dekabrdan bütün “Park Cinema” kinoteatrlarında nümayişdədir.

Bugun.tv xəbər verir ki, layihədə Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd və Oksana Rəsulova baş rollarda iştirak edirlər.

Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.

Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir.

Qeyd edək ki, hazırda “Park Cinema” kinoteatrlar şəbəkəsində həftəiçi hər gün, qeyri-iş günləri istisna olmaqla, saat 17:00-dək endirim kampaniyası davam edir və “Geri Dönənlər” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Muzeydə anım günü keçirildi

Nigar Məmmədova

Elm və Mədəniyyət Mərkəzində baş verən yanğınla bağlı dəlillər tapılmadı

Nigar Məmmədova

Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşdülər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu