Bugun.tv xəbər verir ki, Batmanda 1 yaşlı Dildar Dündar arxaya manevr edərək qarajdan çıxarılan mikroavtobusun altında həyatını itirib. Seyitlər Məhəlləsi 3008 küçəsindəki evlərinin qarajından nömrəsi və sürücüsünün adı öyrənilə bilməyən mikroavtobusu çıxarmaq istəyən sürücü, fərqinə varmadan maşının arxasından Dildar Dündarı vurub.
TRT Haber-in məlumatına görə, Uşağın avtomobilin altında qaldığını görən yaxınları mikroavtobusu saxlayıb və uşağı avtomobilin altından çıxarıblar. Çölə çıxarılan Dündar eyni vasitə ilə Batman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayan uşaq xəstəxana meyitxanasına aparılıb. Yarılmadan sonra oğlanın meyiti ailəsinə təhvil verilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Müxbir: İntizar Əmirova