10 C
Baku
13 Mart 2026, 12:22
Siyasət

Gine illər sonra Afrika Birliyinə yenidən üzv qəbul edildi

Afrika Birliyinin (AB) Sülh və Təhlükəsizlik Şurası (PSC) Ginenin təşkilata üzvlüyünün bərpa edildiyini açıqlayıb. Qərar şuranın 1325-ci iclasında ölkədəki siyasi keçid prosesi və mövcud vəziyyətin qiymətləndirilməsindən sonra qəbul olunub.

PSC tərəfindən yayımlanan bəyanatda bildirilib ki, Afrika Demokratiya, Seçkilər və İdarəetmə Xartiyasının 26-cı maddəsinə uyğun olaraq Gine Respublikasının Afrika Birliyi fəaliyyətlərində iştirakının dayandırılması qərarı ləğv edilib. Şura Qərbi Afrika ölkəsini Birliyin fəaliyyətlərinə dərhal yenidən qoşulmağa dəvət edib.

Açıqlamada Ginedə siyasi keçid yol xəritəsinin icrası çərçivəsində atılan müsbət addımlar yüksək qiymətləndirilib. Xüsusilə 28 dekabr 2025-ci ildə keçirilmiş prezident seçkilərinin uğurla təşkil olunması bu prosesin mühüm nəticəsi kimi qeyd edilib.

Xatırladaq ki, Gine 2021-ci ilin sentyabrında baş vermiş hərbi çevrilişdən sonra Afrika Birliyindən uzaqlaşdırılmışdı. Üzvlüyün bərpası ölkənin regional və beynəlxalq arenaya reinteqrasiyası baxımından mühüm addım kimi dəyərləndirilir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: İranda faktiki olaraq hərbi idarəetmə formalaşıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu