16 C
Baku
28 Oktyabr 2025, 0:28
Dünya

Girokopter qəzaya uğrayıb: İnqilab Keşikçiləri Korpusunun komandiri və pilot ölüb

İranın Sistan və Bəlucistan əyalətində İnqilab Keşikçiləri Qvardiyasının girokopteri qəzaya uğrayıb. Hərbi əməliyyat zamanı baş verən qəzada yüksək rütbəli komandir və pilot həyatını itirib. İranda İnqilab Keşikçiləri Qvardiyasına məxsus təyyarə girokopteri Sistan və Bəlucistan əyalətləri üzərində qəzaya uğrayıb.

İnqilab Keşikçiləri Ordusu Quru Qoşunları Komandanlığı qəzanı təsdiqləyib.

Komandanlığın verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:

”İnqilab Keşikçiləri Quru Qoşunlarına məxsus yüngül mühərrikli təyyarə (girokopter) ölkənin cənub-şərqindəki Sirkan sərhəd bölgəsində hərbi əməliyyat zamanı qəzaya uğrayıb.”

“DMO-nun Gülüstan vilayətinin Ninova Bölməsinin komandiri Həmid Mazenderani və pilot Hamed Cendegi hadisə nəticəsində həyatını itirib”.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Aİ-dən Rusiyaya yeni sanksiyalar paketi

Aynur Camal

Uçan avtomobil üçün lazımi icazələr alındı

Bugün TV

ABŞ İsrailə dəstəyini bitirir?

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu