DünyaHadisə

Girov götürülmüş 85 nəfərdən 74-ü sərbəst buraxıldı

Nigeriyada qaçırılan 85 nəfərdən 74-ü fidyə müqabilində sərbəst buraxılıb.

Bugun.tv xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Zamfara əyalətinin Vanzamai kəndində qaçırılan 85 nəfərdən 74-ü 23 gündən sonra fidyə müqabilində azad edilib. Onlardan əksəriyyəti qadın və uşaqdır.

Əldə edilən məlumata görə, silahlılar qaçmağa çalışan iki gənci güllələyiblər.

Qeyd edək ki, Nigeriyada fidyə qarşılığında adam oğurluğu adi hal olsa da, bu cinayəti törədən şəxs ölümlə cəzalandırılır.

Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində silahlı şəxslərə fidyə ödəmək qadağan edilib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyən qətnamə qəbul edib

Aynur Camal

Türkiyə prezidenti İran müharibəsinin dayandırılmasına çağırıb

Aynur Camal

Böyük Britaniyada siyasi qalmaqal: hökumətdə araşdırma başladılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu