7 C
Baku
23 Dekabr 2024, 18:38
Baş xəbərDünya

Girovların xilas edilməsi əməliyyatı qanlı başa çatdı

Bugun.tv xəbər verir ki, Pakistanda hərbi birləşmədə girovların xilas edilməsi əməliyyatı zamanı 6 əsgər və bir mülki şəxs həlak olub.

Milli mətbuatın məlumatına görə, gecə saatlarında Bəlucistan əyalətindəki hərbi birləşməyə hücum edən silahlılar 3 ailəni girov götürüb. Girovların xilas edilməsi əməliyyatında 6 əsgər və 1 mülki şəxs həyatını itirib, 6 mülki şəxs isə yaralanıb.

Silahlılar təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son aylar Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb. İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan isə bu iddiaları rədd edir.

Xxatırladaq ki, yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub. Martın 6-da Bəlucistanda intiharçı hücumunda 10 təhlükəsizlik işçisi həyatını itirib.

Mənbə: sozcu.com.tr

Aynur Camal

Oxşar xəbərlər

Nuri Alço səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib

Aynur Camal

Yanğınsöndürənlərə səhv ünvan verdilər! Nəticədə 15 nəfər öldü!

Bugün TV

Bu ölkələr arasında dövlət sərhədlərinin müəyyən edilməsi prosesi başa çatdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu