Son günlər ABŞ prezidenti Donald Tramp administrasiyasının HƏMAS-la görüşməsi ilə bağlı iddialar gündəmə gəlib. Bu iddialara cavabı Ağ Evin sözçüsü Karolin Leavitt verib. Leavitt ABŞ-ın HƏMAS ilə birbaşa əlaqə saxladığını təsdiqləyib.
Yanvarın 19-da İsrail və Həmas arasında əldə olunan atəşkəs razılaşmasından sonra İsrailin xarici işlər naziri Gideon Saar ikinci mərhələ üçün ardıcıl açıqlamalar verib və HƏMAS-ı daha çox məhbusu azad etməyə çağırıb. Məhkum mübadiləsi məsələsində Tramp administrasiyasının Həmas ilə əlaqədə olduğu iddiaları gündəmə gələrkən, Leavitt bu iddialara cavab verərək ABŞ-ın HƏMAS ilə əlaqə saxladığını etiraf edib.
ABŞ-ın girovlar üzrə xüsusi nümayəndəsi Adam Boehlerə toxunan Leavitt həmçinin, “Bu danışıqları aparan xüsusi nümayəndənin hər kəslə danışmaq səlahiyyəti var” deyib.
Danışıqlar haqqında İsrailin məlumatlandırıldığını bildirən Leavitt, “Amerika xalqının ən yaxşı mənafeyinə uyğun olanı etmək üçün dünyanın hər yerindən insanlarla dialoq aparmaq və danışmaq Prezidentin inandığı bir şeydir” dedi.
HƏMAS ilə danışıqlarda ABŞ məhbuslarının azad edilməsi və ya Trampın Qəzza planının müzakirə edilib-edilməməsi ilə bağlı suala Leavitt, “Bunlar davam edən danışıqlar və müzakirələrdir, mən burada bunu təfərrüatlandırmayacağam, təhlükə altında olan amerikalıların həyatıdır” deyib.
ABŞ mətbuatının adı açıqlanmayan mənbələrə əsaslanaraq verdiyi xəbərdə ABŞ-ın girovlar üzrə xüsusi nümayəndəsi Adam Boehlerin son həftələr Qətərin paytaxtı Dohada Həmas ilə birbaşa və gizli danışıqlar apardığı bildirilib.
Mənbə: Ahaber