18 C
Baku
16 Oktyabr 2025, 11:45
Dünya

Google Hindistanda ABŞ-dan kənarda özünün ən böyük süni intellekt mərkəzini quracaq

Amerikanın texnologiya şirkəti Google yaxın beş il ərzində Hindistana 15 milyard dollar sərmayə qoyacağını və ölkənin cənubunda ABŞ-dan kənarda özünün ən böyük süni intellekt mərkəzini quracağını açıqlayıb.

NDTV-nin məlumatına görə, Google Hindistanın Andhra Pradeş əyalətinin liman şəhəri olan Visakhapatnamda nəhəng infrastruktura və yüksək emal gücünə malik, 1 giqavat enerji tutumu ilə öyünən AI mərkəzi tikəcək.

Mərkəz böyük dil modelləri kimi yüksək emal gücü tələb edən süni intellekt sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün süni intellekt infrastrukturunu genişmiqyaslı enerji resursları ilə birləşdirəcək və məlumatların ötürülmə sürətini artırmaq üçün genişləndirilmiş fiber optik şəbəkələr təşkil edəcək.

Hindistanın Yeni Dehlidə keçirilən tədbirdə çıxış edən Google Cloud-un baş direktoru Tomas Kurian, mərkəzin şirkətin ABŞ-dan kənarda ən böyük süni intellekt mərkəzi olacağını vurğulayıb.

Kurian, qarşıdakı beş il ərzində Hindistana 15 milyard dollar sərmayə qoyacaqlarını və bu günə qədər ölkəyə ən böyük sərmayə qoyacaqlarını bildirdi.

Hindistan texnologiya nəhəngləri üçün yeni döyüş meydanına çevrilib

Google-un sərmayəsi texnologiya şirkətlərinin süni intellekt xidmətlərinə artan qlobal tələbatı ödəmək üçün məlumat mərkəzi infrastrukturunu sürətlə genişləndirdiyi bir vaxta təsadüf edir.

Microsoft və Amazon son illərdə Hindistanda məlumat mərkəzlərinə milyardlarla dollar sərmayə qoyublar.

ABŞ-ın “OpenAI” süni intellekt şirkətinin baş direktoru Sam Altman da son bir ildə ölkədə ChatGPT istifadəsinin dörd dəfə artdığını qeyd edib və ilin sonuna qədər orada ofis açmağı planlaşdırdığını açıqlayıb.

Ekspertlərin fikrincə, bu inkişaflar böyük istifadəçi bazası və sürətlə inkişaf edən rəqəmsal infrastrukturu ilə Hindistanın süni intellekt sahəsində qlobal rəqabətin mərkəzinə çevrildiyini göstərir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Modeldən edam kəndirli etiraz libası

Aynur Camal

iPhone 17 Air modelinin nə qədər nazik olacağı məlum oldu

Aynur Camal

ABŞ-ın Yaxın Şərqdəki bazasına hücum zamanı yaralananların sayı 34-ə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu