17 C
Baku
10 İyun 2025, 8:46
Baş xəbərDünya

Google Microsoft-a qarşı Aİ-yə şikayət etdi

Google bulud hesablama sənayesində rəqabətə zidd təcrübələrə əsaslanaraq Microsoft-a qarşı Avropa İttifaqı Komissiyasına şikayət edib.

Google iddia edir ki, dünyanın ən böyük proqram təminatı istehsalçısı olan Microsoft müştəriləri Microsoft bulud platforması Azure ilə əlaqələndirmək üçün Windows serveri kimi proqram təminatı sahəsindəki dominant bazar mövqeyindən istifadə edir.

Google-a görə, Microsoft-un çoxmilyardlıq bulud hesablama sənayesində rəqabətə zidd davranışı məhdudlaşdırıcı lisenziya şərtləri və diskriminasiyalı qiymətlər vasitəsilə həyata keçirilir.

Şikayətdə deyilirdi ki, Microsoft ədalətli rəqabətə imkan vermək əvəzinə, Windows serverindəki bazar gücündən istifadə edərək rəqib bulud provayderlərini seçən müştəriləri cəzalandırır.

Microsoft qısa müddətdə bulud hesablama sektorunda güclü artıma nail olsa da, Google bu sektorda analitiklərin gözləntilərini qarşılaya bilmədi.

Şikayətin Google tərəfindən Aİ Komissiyasına edilən ilk şikayət olması da diqqət çəkir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

2176 manat pul oğurlayan şəxs saxlanıldı 

Kəmalə Sultan

“Enerji üzrə sanksiyalarımıza görə Rusiya hər gün 160 mln.avro itirir”

Aynur Camal

Güclü qar və külək Gürcüstanda ciddi problemlər yaratdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu