14 C
Baku
16 Noyabr 2025, 6:04
Digər

Google Pixel 10 Pro Fold davamlılıq testi zamanı partlayır

Google-un yeni qatlana bilən telefonu Pixel 10 Pro Fold, JerryRigEverything-in məşhur dayanıqlıq testi zamanı qırıldı və alovlandı.

Google-un ən son qatlana bilən smartfonu Pixel 10 Pro Fold məşhur YouTuber Zack Nelsonun (JerryRigEverything) ciddi davamlılıq testindən keçə bilməyib.

Sınaq zamanı cihaz əyilmə sınağına tab gətirə bilməyib və daha sonra qırılıb, kamera sahəsində partlayıb və alovlanıb.

Nelson, telefonun qatlanan yerindən çox, əyilmə testinin sol tərəfindəki antena xətləri boyunca qırıldığını söyləyib.

Cihaz xarab olduqdan sonra o, onu daha da əymək istəyəndə telefonun tüstülənməyə və kamera sahəsində partlamağa başladığını açıqlayıb.

Zack Nelson təəccübünü belə ifadə edərək, “Mən on ildir ki, telefonların dayanıqlığını yoxlayıram və əvvəllər heç vaxt smartfonun partlaması ilə qarşılaşmamışam” deyib.

IP68 reytinqinə malik olmasına baxmayaraq, Pixel 10 Pro Fold-un qatlanan yeri qum sınağından keçə bilməyib və içəriyə hissəciklər ilişib. Ekran cızma testində cihaz standart nəticələr əldə etdi.

Google hadisə ilə bağlı hələlik şərh verməyib. iFixit-in eksperti qeyd etdi ki, batareyanın yanması dramatik olsa da, normal istifadə zamanı dizayn problemini göstərməyə bilər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Üç Azov silahlısı qiyabi olaraq uzun müddətə azadlıqdan məhrum edildilər

Aynur Camal

Azərbaycan və Qazaxıstan nümayəndələrinin işçi görüşü keçirildi

Kəmalə Sultan

Qazaxıstanda dəmir yolu daşımaları avtomatlaşdıracaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu