7 C
Baku
21 Dekabr 2025, 11:27
Baş xəbərDünya

“Google” süni intellekt oyunu ilə görüntülərə sorğu yazmağı öyrədəcək

“Google Arts & Culture” generativ süni intellektə (AI) sorğuların yaradılması bacarığını təkmilləşdirməyə imkan verəcək “Say What You See” (“Nə gördüyünü de”) oyununu buraxıb. Bu barədə Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir.

“Nə gördüyünü söylə” – rəssam-rezident Cek Vayld tərəfindən “Google.Arts & Culture Lab” laboratoriyasında yaradılmış eksperimentdir. Oyunçular “Google” süni intellektinin yaratdığı görüntülərə baxıb gördüyünü təsvir etməlidir.

Oyun istifadəçilər qarşısında AI tərəfindən yaradılmış görüntüyə dəqiqliklə uyğun olan 120 simvol daxilində sorğu yaratmaq məsələsini qoyur. Siz irəli getdikcə, daha da çətin olur. Oyun istifadəçiləri mövzu, kontekst, incəsənət dövrü və üslublar barədə təfərrüatları daxil etməyə sövq edərək, hər cəhddən sonra dəyərli məsləhətlər verir.

Aynur Camal

Oxşar xəbərlər

Milyonlarla istifadəçi “Yaay”a müraciət etdi

Teymur Əziz

Zəlzələ bölgəsində həyat davam edir

Bugün TV

Manşet.az saytı 2 yaşını qeyd edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu