27 C
Baku
25 İyul 2025, 22:56
Digər

Google xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir

Bugun.tv xəbər verir ki, Google-un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.

The New York Times-ın məlumatına görə, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası The New York Times, The Washington Post qəzetinin sahibi olan News Corp-un rəhbərlərinə verilib.

Bildirilib ki, Google-un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

Google, jurnalistlər üçün “şəxsi köməkçi” kimi xidmət etmək üçün hazırladığı bu texnologiyanın daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcəyini düşünür.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası – səyahətlərin təşkili” layihəsini icra edilib

Bugün TV

Yeni zəlzələlərin yerləri proqnozlaşdırıldı

Bugün TV

İranın Baş Qərargah rəisi Baqeri İsrailin hücumunda həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu