8 C
Baku
7 Fevral 2026, 18:56
DünyaHadisə

Google əməkdaşları saxlanılıb

Google-un Nyu York və Kaliforniyadakı ofislərində şirkətlə İsrail arasında imzalanan 1,2 milyard dollarlıq “Nimbus Layihəsi” müqaviləsinə etiraz edən Google əməkdaşlarından 9-u saxlanılıb.

“The Washington Post”un yazdığına görə, Google işçiləri şirkətin qabaqcıl süni intellekt texnologiyalarının İsrailə çatdırılmasını ehtiva edən “Nimbus Layihəsi” müqaviləsinə etiraz etmək üçün Nyu York və Kaliforniyanın Sunniveyl şəhərlərindəki ofislərə gediblər.

Polisin xəbərdarlığı ilə idarələrə gələrək, ofisdən çıxmadıqları təqdirdə saxlanılacaqlarını söylədikdən sonra hərəkətlərini davam etdirən 9 əməkdaş saxlanılıb.

Google sözçüsü Beyli Tomson bu hərəkətin onun siyasətlərinin pozulması olduğunu iddia edərək, saxlanılan işçilərin Google sistemlərinə girişinin kəsildiyini və bu şəxslərə inzibati həbs verildiyini bildirib.

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu