28 C
Baku
10 Sentyabr 2025, 20:50
Baş xəbərKriminal

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbirstanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərki-silah edilib.

İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbirstanlığa gəlmiş orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.

Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Mövsümün ilk qarı yağdı

Teymur Əziz

Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü təntənə ilə qeyd olundu

Aynur Camal

Fransa Səhiyyə işçiləri etiraz aksiyaları keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu