11 C
Baku
23 Dekabr 2024, 15:08
Dünya

Göy şimal işıqlarının rəngarəngliyi hamını heyrətə saldı!

Günəşdə baş verən partlayışlar geomaqnit qasırğasına səbəb olub. İngiltərə, İrlandiya, Rusiya, Slovakiya və Trabzonun Ortahisar bölgəsi maqnit fırtınası səbəbiylə Şimal işıqlarının göründüyü ünvanlar arasında olub. Mütəxəssislər xəbərdarlıq edir ki, geomaqnit qasırğası elektron cihazlarda və elektrik şəbəkələrində mümkün fasilələrə səbəb ola bilər.

Günəşdə qeyri-adi aktivlik “G4 sinfi” geomaqnit qasırğasına səbəb olub. Son 20 ilin ən güclüsü olaraq qeydə alınan günəş partlayışlarından sonra dünyanın bir çox yerində səmada şimal işıqları (Aurora Borealis) müşahidə edilib.

Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində Şimal işıqları və meteor yağışı bir daha dünyanın bir çox yerində gözəl görüntülər yaratdı.

ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi bu yaxınlarda Günəşin səthində baş verən partlayışlar səbəbindən şimal yarımkürəsində şiddətli “Geomaqnit Fırtınası”nın baş verəcəyini açıqlamışdı. Bəyanatda sözügedən geomaqnit qasırğasının “peyk rabitəsi və enerji sistemlərinə təsir göstərə biləcəyi” məlumatı da yer alıb.TR

Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan Şimal İşıqları Trabzonun Ortahisar rayonundan da müşahidə edilib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

 Nüvə proqramının memarı öldürüldü

Aynur Camal

Almaniyanın xarici işlər nazirinə etirazlar yüksəldi

Aynur Camal

Netanyahu: Biz Hizbullaha vəhşicəsinə hücum etməyə davam edəcəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu