Image default
Hadisə

Göyçayda yol qəzasına düşən baş redaktor vəfat edib

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

Bugun.tv xəbər verir ki, “Göyçay” qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

Bugün TV

Oxşar xəbərlər

ABŞ-da evə düşən meteoritdə Yer kürəsində rast gəlinməyən üzvi maddələr aşkarlandı

Aynur Camal

Parkın altında gizlənən sirr: Ziyarətçilər illərlə fərqinə varmadan tarixi su anbarının üzərində gəziblər

Aynur Camal

Meşə yanğınları Toronto havasını dünyanın ən çirkli səviyyəsinə çatdırıdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu