10 C
Baku
3 Dekabr 2024, 21:24
Baş xəbər

Azərbaycanda ilk dəfə Göygöl İcra Hakimiyyəti beynəlxalq standartlara layiq görülüb – FOTO

Bugun.tv xəbər verir ki, Azərbaycanda ilk dəfə İSO 9001 və İSO 37001 beynəlxalq standartlarına Göygöl İcra Hakimiyyəti layiq görülüb.

Göygöl Rayon İcra Hakimiyyəti ölkəmizdə İSO 9001 və İSO 37001 beynəlxalq standartları üzrə idarəetmə sitemini quran və sertifikatları layiq görülən ilk yerli icra hakimiyyəti qurumu oldu.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.11. bəndində İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənilməsi, təkliflərin toplanılması və qiymətləndirilməsi istiqamətində araşdırma aparılması və nəticədə (İSO 37001) “Antikorrupsiya idarəetmə sistemləri”nin qurulmasının təşviqi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıq verilib.

Qeyd edilən tədbirin icrası ilə bağlı, eləcə də idarəetmənin səmərəli təşkili, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, riskin azaldılması və stabilliyin yaranması, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edən, hazırda dünyada ən çox tətbiq edilən ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi və tətbiq edilməsi istiqamətində Göygöl Rayon İcra Hakimiyyətində işlər uğurla həyata keçirilib.

Bu münasibətlə Göygöl Rayon İcra Hakimiyyətində görüş baş tutub. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, İcra hakimiyyəti Aparatının məsul şəxsləri iştirak ediblər.

İcra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əldə olunan nailiyyətlərdən danışaraq, Göygöl Rayon İcra Hakimiyyətinin fəaliyyətinin İSO 9001 və İSO 37001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə mərhələli şəkildə həyata keçirilən işləri qeyd edib. O, standartlara uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlərin yerinə yetirildiyini vurğulayıb. İcra başçısı qeyd olunan standartların tətbiqinin İcra hakimiyyətinin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli tövfə verəcəyini qeyd edib.

Tədbirdə Keyfiyyət Assosiasiyasının sədri Şamir Novruzlu, ABŞ-nın “STAREGİSTER” təşkilatının Azərbaycandakı yerli təmsilçisi İNCERT şirkətinin rəhbəri Şamo Muradov çıxış ediblər. Çıxışçılar tərəfindən standartların tətbiqinin İcra hakimiyyətində səmərəli idarəetmə modelinin qurulması əsasında vətəndaşlara qayğı və diqqətin artırılması, bu sahədə davamlı nəzarətin gücləndirilməsi, korrupsiya risklərinin qarşısının alınması işlərində dəstək olacağı vurğulanıb.

Ümumiyyətlə götürsək, İSO 9001 standartının tətbiqi zamanı İcra Hakimiyyətinin yerli idarəetmə orqanına xas olan xüsusiyyətlərini nəzərə alan İSO 18091- “Keyfiyyət idarəetmə sistemləri – İSO 9001-in yerli idarəetmə orqanlarında tətbiqi üçün təlimatlar“ standartından istifadə edilib ki, bunu da yeni bir yanaşma kimi qeyd etmək olar.

Həmçinin, standartların tətbiqinin vətəndaşla İcra Hakimiyyətləti arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşmasına, İcra Hakimiyyətinin gündəlik fəaliyyətlərinin həyata keçirilməsinə və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığını artırılmasına, müvafiq sahədə qanunvericiliyin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə, idarəetmədə müsbət dəyişikliklərə səbəb olacağı bildirilib.

Tədbirin sonunda ABŞ-nın “STAREGISTER” təşkilatının Azərbaycandakı yerli təmsilçisi İNCERT şirkətinin rəhbəri Şamo Muradov tərəfindən Göygöl Rayon İcra Hakimiyyətinə İSO 9001:2015 – “Keyfiyyəti idarəetmə sistemləri” və İSO 37001:2016 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Yapon simsiz sürət rekordu qırıldı: saniyədə 938 Gigabit

Aynur Camal

Baş nazir Modi Putinə Ukrayna səfəri barədə məlumat verdi

Aynur Camal

34 yaşlı model plastik əməliyyatdan sonra öldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu