6 C
Baku
29 Yanvar 2026, 13:23
Baş xəbər

“Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihə fəaliyyətə başladı

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim olunan “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihənin qalib olub.

 Bugun.tv -yə daxil olan məlumata görə, layihənin məqsədi Lənkəran şəhərində və Göygöl rayonunda, hər birində 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər ağır, sosial-psixoloji vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji xidmətlərinin göstərilməsi, görünən problemləri aradan qaldırmaq üçün dəstəyin verilməsi, hər rayonda 20 nəfər olmaqla Vətən Müharibəsində iştirak edən qazilərə 5 psixoloji seansların keçirilməsi, iştirak edən qazilərə sosial, psixoloji və fiziki sağlamlıq, iqtisadi vəziyyətini yaxşılaşdırmaq, məşğulluq problemlərinin həllində dəstək verilməsindən ibarətdir.

Layihə üzrə fəaliyyətlər davam etdirilir. Göygöl rayonunda 25 aprel tarixində Vətən Müharibəsində iştirak edən 20 nəfər qazilərin, Göygöl Rayon İcra Hakimiyyətinin müavini, digər aidiyyatlı dövlət qrumlarının, Qazilərlə əməkdaşlıq edən Göygöl rayon QHT-nın rəhbərlərinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri, layihə rəhbəri Firuzə xanım Babayeva dəyirmi masa iştirakçılarına gələn qonaqlara layihənin mahiyyəti ilə bağlı məlumat vermiş, Himnimiz səsləndirilmiş, ŞƏHİDLƏRİMİZİN RUHU bir dəqiqəlik sükutla yad edilmişdir. Qazilərimizə ilkin psoxoloji qiymətləndirmə testlər Psixoloq Sadiqova Nigar Tələt qizi tərəfindən aparılmışdır.

Layihənin fəaliyyət müddətində Göygöl rayonunda da Ulu Öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin prioritetlərini bu kateqoriyadan olan insanlara çatdırılıb.

 “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə xanım Babayeva tərəfindən dəyirmi masa iştirakçılarının arzu və istəkləri dinlənilmişdir. Vətən Müharibəsində iştirak edən 20 nəfər qazilərin təklifləri, problemləri dinlənilmiş, həlli yolları məqsədi ilə birgə müzakirələr aparılmışdır.

Həmçinin Psixoloji testlərlə konsultasiyaların təşkili haqqında məlumatlandırılma aparılıb.

Mənbə: “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin mətbuat xidməti

Aynur Camal

Oxşar xəbərlər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İlham Əliyev sərəncam imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu