27 C
Baku
26 İyul 2025, 9:20
Baş xəbərHadisəKriminal

Göygöldə silah satmaq istəyən şəxs saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram İsgəndərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki çantadan 1 ədəd atəşə yararlı avtomat, həmin silaha aid daraq və 5 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Meşə yanğını oldu: 2 ölü, 12 yaralı var

Bugün TV

BMT Ukraynadan Afrikaya daha çox taxıl göndərməyi planlaşdırır

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu